"Qarabağ" zirvədə möhkəmləndi, "Qəbələ" intriqanı öldürdü - YENİLƏNİB

18.03.2015 | 5736 dəfə oxunub

Bu gün Premyer Liqada XXVI turun oyunları keçirilib. Stadium.Az xəbər verir ki, tur Bakıda start götürüb elə paytaxtda da başa çatıb.

İlk olaraq meydana "Bakı" və "Simurq" klubları çıxıblar. Zaqatalalılar bu oyunda qələbə qazanıb avrokuboklar zonasında möhkəmlənmək niyyətində idi ki, belə də olub. Georgi Çixradzenin komandası 3 xalı 3 qolla qazanıb.

Lider "Qarabağ" isə bu tur Sumqayıta səfər edib. Ağdam klubu səfərdən 3 xalla dönüb, ən yaxın izləyici ilə xal fərqini qorumağa çalışacaqdı. Bu oyunda Qurban Qurbanovun komandası əzmkar qələbə qazanıb - 2:1.

Bu oyunla eyni saatda başlayan digər görüşdə AZAL "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Kubokda mübarizəni dayandıran "təyyarəçilər" avrokuboklara düşmək üçün bütün qüvvələrini çempionata qoyacaqlar. Bu baxımdan "Xəzər Lənkəran"la oyun daha çox Şüvəlan təmsilçisi üçün önəm daşıyırdı. AZAL rəqibini 3:1 hesabı ilə məğlub edərək, avrokubok şanslarını saxlayıb.

Tura mərkəzi oyunla yekun vurulub. "İnter" doğma arenada "Qəbələ"ni sınağa çəkib. Hər iki komanda meydana 3 xal üçün çıxmışdı. Amma sonda sevinən qonaqlar olub - 2:1.


Premyer Liqa, XXVI tur

18 mart

15:00. “Bakı” – “Simurq” 0:3
Qollar: Samir Zərgərov, 3, 75, Draqan Çeran, 40

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
İlk 2 dövrədəki oyunlar: 2:1, 2:5
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança


16:00. AZAL - “Xəzər Lənkəran” 3:1
Qollar: Valeri Kutsenko, 20, Freddi Mombonqo, 61 - İlqar Ələkbərov, 14

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov 
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
“AZAL Arena”


16:00. “Sumqayıt” – “Qarabağ” 1:2 
Qollar: Murad Ağayev, 51 - Reynaldo, 54, 70

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:2
Kapital Bank Arena”


18:00. “İnter” – “Qəbələ” 1:2
Qollar: Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 39, Ruslan Abışov, 90+1

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev
İlk 2 dövrədəki oyunlar: 4:0, 1:1
 İnter Arena”



1

Qarabağ

23

16

4

3

39-20

52

2

İnter

23

11

10

2

38-12

43

3

Neftçi

23

11

6

6

27-18

39

4

Qəbələ

24

9

7

8

30-32

34

5

Simurq

23

9

5

9

34-26

32

6

AZAL

23

8

7

8

27-30

31

7

Xəzər Lənkəran

23

6

5

12

27-34

23

8

Sumqayıt

23

4

7

12

21-33

19

9

Bakı

23

2

5

16

15-53

11


Bombardirlər

Nurlan Novruzov ("Bakı") - 11 qol 
Draqan Çeran ("Simurq") - 11 qol 
Freddi Mombonqo (AZAL) - 9 qol

Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
 
    
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Reynaldo Silva ("Qarabağ") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol
Nikolas Kanales ("Neftçi") - 6 qol



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail