"Qəbələ"yə Hollandiya klubu

22.03.2015 | 3867 dəfə oxunub

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfərə yollanır. Stadium.az xəbər verir ki, martın 23-dən başlayaraq 30-dək davam edəcək səfərlə bağlı planlar genişdir.

Belə ki, Xaqani Məmmədovun başcılıq etdiyi kollektiv “Zanbaqlar ölkəsi”ndə həm hazırlıq kecəcək, həm də yerli komandalarla qüvvəsini sınamaqla təcrübə toplayacaq.

Səfərin əsas məqsədi isə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdir. Yarış Hollandiynın şimalında yerləşən Teksten adasında keçirildiyindən turnirin adı buradan götürülüb. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını artırmaqdır.

Lakin “Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. Xaqani Məmmədov və komandası “Feyenoord”- un müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcək. Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək. Yeri gəlmişkən, Stenl Brard “Qəbələ”dən əvvəl məhz “Feyenoord” Futbol Akademiyasında çalışıb. Sonda onu qeyd edək ki, “Qəbələ”nin U-14 komandası ötən ay “Bakcell Cup” kubokunun qalibi olub və hazırda müvafiq yaş qrupu üzrə ölkə birinciliyində liderdir.

“Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının aprel ayında xarici ölkələrə səfərləri gözlənilir. “Qəbələ” U-12 komandası Türkiyədə keçiriləcək “U-12 İzmir Kuboku”nda, 13 yaşlılarımız ənənəvi “VI Manavqat” turnirində, U-17 komandamız isə İtaliyada keçiriləcək Borqaro turnirində çıxış edəcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail