"Qəbələ" hazırlıqlara start verdi

24.03.2015 | 3304 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında fasilə yarandığı üçün futbolçularını qısa istirahətə buraxan "Qəbələ” ötən gün hazırlıqlarını bərpa edib.

Stadium.Az xəbər verir ki, "İnter”lə səfər oyunundan (2:1) sonra 3 gün məşqlərə ara verən "qırmızı-qaralar” Qəbələdə toplaşıb.

Hazırlığın ilk günündə Roman Qriqorçukun komandası bir məşqlə kifayətlənib. Hazırlıqdan öncə komanda üzvləri bir gün əvvəl 50 yaşını tamamlayan mütəxəssisi təbrik edib. Məşq öncəsi baş tutan yığıncaqda çıxış edən Ruslan Əmircanov bütün futbolçular adından ukraynalı baş məşqçini təbrik edib, yubileylə bağlı xoş arzularını çatdırıb.

Axşam məşqində "Qəbələ”nin bütün futbolçuları iştirak etməyib. Ruslan Abışov və Cavid Hüseynov Azərbaycan millisinin heyətində Avropa çempionatının Malta ilə seçmə oyununa hazırlaşdığından, Tellur Mütəllimov 21 yaşadək futbolçulardan ibarət yığmanın toplanışına qatıldığından "qırmızı-qaralar”ın düşərgəsində deyil. Müalicəsi davam edən braziliyalı Dodo da Qəbələdə baş tutan məşqə qatılmayıb. Zədəsi olan Elvin Camalov isə fərdi məşqlə kifayətlənib.

"Qəbələ” klubu bu gündən hazırlıqlarını gündə iki məşqlə davam etdirəcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail