Dmitri Nazarov: “Foqts gedəndən sonra Azərbaycan millisindən kənarda qalacağım barədə qorxum yox idi"

26.03.2015 | 3074 dəfə oxunub

“Məşqlərdən görünür ki, komandada istək güclüdü. Hazırlıq prosesində hamı əlindən gələni edir”. Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının üzvü Dmitri Nazarov deyib. 

Millinin bu gün keçirilən məşqindən sonra jurnalistlərin suallarını cavablandıran yarımmüdafiəçi rəqib haqda düşünmədiklərini bildirib: “Azərbaycan millisinin heyətində hələ ki, qələbə qazanmamışam. Belə davam etsək, Malta ilə oyunda 3 xal bizim olacaq. Dünən qısa olaraq Malta haqda danışdıq. Amma düzünü desəm, mənim üçün rəqibin heyəti, oynayacağı sistem maraqlı deyil. Əsas odu ki, öz oyunumuzu göstərib, azarkeşlərimizi sevindirək”.

“Karlsrue”nin heyətində çıxış edən Nazarov millinin yeni baş məşqçisi Robert Prosineçki haqda da fikirlərini bölüşüb: “Foqts gedəndən sonra Azərbaycan millisindən kənarda qalacağım barədə qorxum yox idi. Həmişə milliyə çağırılanda əlimdən gələni əsirgəməmişəm. Azərbaycanda mənə inanırlar. Bunu Prosineçki də bilir. Gələcəkdə də öz oyunumla etimadı doğrultmalıyam. Prosineçki haqda məlumatım əvvəldən də var idi. Bilirəm ki, elə mənim mövqeyimdə oynayıb və güclü futbolçu olub”.

Nazarov Azərbaycan millisində birgə çıxış etdiyi Emil Balayevin “Ayntraxt”da möhkəmlənəcəyinə inandığını qeyd edib: “Emillə Almaniyada geniş əlaqəmiz yoxdu. Bir dəfə qış fasiləsində mini futbol turnirində ona qarşı oynamışdım. “Ayntraxt”ın əsas qapıçısını tanıyıram, birgə çıxış etmişik. Güclü qapıçıdı. Emilin də potensialı var və inanıram ki, bir gün əsas heyətdə oynaya biləcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail