"Qəbələ" "Feyenoord"la bacarmadı

27.03.2015 | 2931 dəfə oxunub

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada ilk oyununu keçirib. Stadium.Az xəbər verir ki, martın 23-dən başlayaraq “Zanbaqlar ölkəsi”ndə olan Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv tanınmış “Feyenoord” klubundan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Yoxlama oyunu öncəsi “qırmızı-qaralar” Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdama yollanaraq şəhərlə tanış olublar. Komandanın üzvləri “Feyenoord”un ev matçlarını keçirdiyi “De Kuip” stadionunu gəziblər.

Yoxlama oyunu meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin qollarını İdris İnqilablı və Məhəmməd Məhərrəmov vurublar.

U-14 Hollandiyada olduğu müddətdə “Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış edəcək. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda “Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail