"Qəbələ" "Feyenoord"la heç-heçə edib, 5-ci oldu

30.03.2015 | 3174 dəfə oxunub

Hollandiyada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən “Teksel Cup” turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, “Zanbaqlar ölkəsi”nin 5 klubu ilə birlikdə mükafat uğrunda mübarizə aparan “Qəbələ”nin U-14 komandası yarışın ikinci günündə son 2 matçını keçirib.

Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda günü 1 xalla başa vurub. “Teksel-94”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” adlı-sanlı “Feyenoord”la qarşılaşmadan heç-heçəylə ayrılıb.

Bununla da yarışın ilk günündə 4 xal toplayan “Qəbələ” turniri 5 xalla başa vurub. Akademiyanın yetirmələri bu nəticə ilə 4-cü olub. Turnirin qalibi adına isə 11 xal qazanan “Tvente” yiyələnib. “Qroningen” 7 xalla 2-ci, eyni xala malik “Feyenoord” 3-cü olub. Məmmədovun yetirmələri 4 xal toplayan “Tessel-94” və cəmi 3 xalı olan “Alkmaar”ı arxada qoyub.

“Qəbələ” yarışın ilk günündə 3 oyun keçirmişdi. “Tvente”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” “Qroningen”lə qolsuz heç-heçə edib, “Alkmaar”a qalib gəlmişdi - 1:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail