"Qəbələ" "Qalatasaray"a uduzdu

31.03.2015 | 2827 dəfə oxunub

"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq  “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, ilk matçda "Berlin Türkiyemspor"la (Almaniya) qarşılaşan "qırmızı-qaralar" meydançadan minimal üstünlüklü qələbə ilə ayrılıblar - 1:0. Komandanın yeganə qoluna Ruslan İsmayılov imza atıb. Günün ikinci oyununda "Qəbələ" turnirin iddialı kollektivlərindən olan yerli "Qalatasaray"la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. "Qəbələ" saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail