Azərbaycan klubu "Borussiya" ilə qarşılaşacaq

02.04.2015 | 3520 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının 12 yaşadək futbolçulardan ibarət komandasının çıxış edəcəyi ənənəvi “İzmir kuboku”na sabah start veriləcək. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 3-5-də keçiriləcək yarışda 21 ölkədən olan 48 komanda mübarizə aparacaq. 

İştirakçılar arasında İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” ilə yanaşı, İtaliyanın “Yuventus” və “Roma”, Portuqaliyanın “Porto”, Fransanın PSJ, Ukraynanın “Dinamo” (Kiyev), Almaniyanın “Verder” və “Borussiya” (Mönhenqladbax), Hollandiyanın “Ayaks”, “Tvente” kimi məşhur klubları da yer alıb.

Üç gün davam edəcək turnirin açılışında topa ilk zərbəni FİFA İcraiyyə Komitəsinin üzvü Şenes Erzikin vurması planlaşdırılıb. Artıq 48 komanda hərəsində 6 iştirakçı olmaqla 8 qrupa bölünüb. “Qəbələ” Münhenqladbax “Borussiya”sı, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, Qırğızıstan “Bişkek”i, həmçinin yerli komandalar – “Bursaspor” və “Altay”la eyni qrupda mübarizə aparacaq.

“Qəbələ” aprelin 3-də qrupunun açılış matçında “Borussiya” ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. 12:00-da rumıniyalılarla, 14:00-da “Bursaspor”la, 17:30-da “Bişkek”lə üz-üzə gələcək “qırmızı-qaralar” qrup mərhələsinin son qarşılaşmasına 18:30-da çıxacaq. Həmin matçdakı rəqib “Altay” olacaq. 

Hər qrupda ilk 4 yeri tutan komandalar aprelin 4-5-də mükafatlar uğurunda mübarizəni davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail