Mahir Şükürov: "İstefa qışqıran azarkeşlər bərabərlik qolundan sonra niyə komandanı dəstəkləyirdilər"?

03.09.2011 | 5689 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsində dünən Bakıda Belçika ilə heç-heçə edən milli komandamızın vurduğu qolda məhsuldar ötürmə vermiş Mahir Şükürov qarşılaşma barədə fikir bildirib.

Stadium.az xəbər verir ki, "Qəbələ"nin kapitanı bunları deyib: "Belçika yığması güclü rəqibdir. Onların əksər futbolçuları Avropanın aparıcı çempionatlarında, klublarında çıxış edir. Hər biri də ayrılıqda milyonluq futbolçulardır. Bu gün güclü rəqiblə başabaş mübarizə aparırıqsa, deməli biz hər bir komandaya qarşı oynaya bilərik. Onlar hesabı açsalar da, sonda biz dönüş yaradıb bərabərlik qolunu vurduq. Belçika ilə oyunda 1 xal qazanmağımız da uğurlu nəticədir".

Şükürov qol epizoduna belə şərh verib: "Həmin anda Raufun cərimə meydançasında nəzarətsiz qaldığını gördüm. Ötürməm də, qol da gözəl alındı. Həmin anda topu yalnız vurmaq lazım idi. Rauf da bunun öhdəsindən əla gəldi".

Mahir Şükürov azarkeşlərdən narazı qaldığını da vurğulayıb: "Oyunun gedişində azarkeşlər dəstək vermək əvəzinə istefa qışqırırdılar. Bu da istər-istəməz bizə təsir edir. Məgər biz istəyirik ki, uduzaq?! Azarkeşlər səbrli olmalı və sona qədər bizi dəstəkləməlidirlər. Onda komandaya əlavə stimul vermiş olarlar. Həmin istefa qışqıran azarkeşlər bərabərlik qolundan sonra niyə komandanı dəstəkləyirdilər?! Hər halda, biz də uğurlu nəticə qazanmaq və stadiona gələn azarkeşləri sevindirmək istəyirik.

Qazaxıstanla oyunda mütləq qələbəyə oynayacağıq. Oyundan sonra bizimlə görüşən Federasiya rəhbəri Rövnəq müəllim də bu oyunda bizdən qələbə gözlədiyini bildirdi. Çalışacağıq ki, qazaxları məğlub edib həm federasiya rəhbərini, həm də azarkeşləri sevindirək. Digər tərəfdən, Qazaxıstanı yenəcəyimiz halda, Avstriya ilə oyuna da yüksək əhval-ruhiyyədə çıxacağıq. Seçmə mərhələdə uğurlu nəticə göstərib qrupda vəziyyətimizi yaxşılaşdıra bilərik".


premyerliqa.az


  #1   Adınız: BALLACK;   E-mail: [email protected]

05.09.2011 09:04

GET TULLAN NE ETMELIYIK BAWIVIZA AND ICMELIYIK.. ALAA BUNLARIN
DILINE BAX DANIWMAGNA ADAM ESEBDEN PARTDIYIR EE SEN KIMSEN EE
MAHIR HARANIN Z... AZERKEWLERDEN SEHV TUTURSAN YAXWI EDIRIK NE
EDIRIK

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail