Yubileylə gələn qələbə

03.04.2015 | 3048 dəfə oxunub

Neftçi”nin futbolçusu Julius Vobay klubunda 50-ci çempionat oyununu keçirib. Stadium.Az xəbər verir ki, Syerra-leoneli yarımmüdafiəçi Premyer Liqanın 27-ci turunun “Bakı” ilə oyununa  təsadüf edən yubileyini qolla qeyd edib. Komandasının ikinci qolunu vuran Vobay 2:0 hesablı qələbədə pay sahiblərindən olub. Bununla da o, mövsümdəki oyun sayını 19-a, qollarını isə 6-ya çatdırıb. 2012/13 mövsümündə “ağ-qaralar”la Azərbaycan çempionu olanda 31 matça 8 qol vuran afrikalı Premyer Liqada “Neftçi” formasında 50-ci oyununda 14-cü dəfə fərqlənib.

Lakin Vobay “Neftçi”də vurduğu qol sayında da yubiley qeyd edib. Belə ki, komandanın heyətində avrokuboklar və ölkə kubokunda da qol sevinci yaşamağı bacaran Julius ümumilikdə 77-ci oyununda 20-ci dəfə rəqib qapısına yol tapıb.

Vobay 20 qoldan 5-ni avrokuboklarda, 1-ni Azərbaycan kubokunda vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail