Rövnəq Abdullayevlə kolbasa çörək yeməsindən danışdı

04.04.2015 | 3645 dəfə oxunub

“Rövnəq Abdullayev çox yaxşı tələbə idi. Dərslərini yaxşı oxuyurdu. Əlaçı idi, həmçinin də qrup nümayəndəsi idi”. Stadium.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayevin qrup yoldaşı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) direktoru Ayaz Qarayev deyib.
O, ötən gün 50 yaşı tamam olan Rövnəq Abdullayevin tələbəlik illərindən danışıb və xoş xatirələrini bölüşüb:

“Biz Rövnəq müəllimlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda bir qrupda oxumuşuq. Onunla tələbəlik illərində yaxın münasibətimiz olub. Daha sonra onunla birlikdə Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşuq”.

 

A.Qarayevin sözlərinə görə, ARDNŞ prezidenti tələbəlik vaxtı əlaçı olub: “Onunla Sənaye və mülki tikinti fakültəsində təhsil alırdıq. Rövnəq müəllim dərslərə həmişə hazır gəlirdi. O, daha çox texniki fənlərlə maraqlanırdı. Daha sonra biz Moskvada təhsilimizi davam etdirdik. O zamanlar bir yataqxanada qalırdıq. Rövnəq müəllim əla tələbə və qrup yoldaşı idi”.

A.Qarayev tələbəlik illərində qeyd olunan ad günləri ilə bağlı xoş xatirələrində bölüşüb. “O vaxtlar biz bütün qrup yoldaşlarımızın ad günlərini qeyd edirdik. Tələbəlikdə kolbasa çörək alıb, bir yerə toplaşardıq. Bununla da biz ad günü keçirirdik”.

A.Qarayev R. Abdullayevlə arada bir görüşdüyünü də deyib: “Hazırda mən müəssisə rəhbəriyəm. Rövnəq müəllimlə hərdənbir görüşürəm. Görüşlərimiz yalnız işlə əlaqədar olur”. Sonda isə A. Qarayev Rövnəq Abdullayevi yubileyi münasibətilə təbrik edib: "Rövnəq müəllimə can sağlığı və uzun ömür arzu edirəm. Şərəfli işində daha da böyük nailiyyətlər əldə etsin. Qardaş qardaşa nə arzu edirsə, mən də qrup yoldaşıma onu arzu edirəm",



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail