Azərbaycan klubu "Sampdoriya"ya uduzdu

04.04.2015 | 2785 dəfə oxunub

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyada keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib. Stadium.Az xəbər verir ki, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni – Walter - Richi” turnirinə “Sampdoriya” ilə qarşılaşma ilə başlayıb. Bu qarşılaşmanın taleyini 1 qol həll edib. Cərimə zərbəsindən fərqlənən italiyalılar 1:0 hesabı ilə qalib gəlib. A qrupunda baş tutan turun digər oyununda “Parma” meydan sahibi “A.S.D. Borgaro 1965” komandasını məğlub edib – 3:1. Komandamız sabah “Parma”, qrup mərhələsinin son oyununda meydan sahibi - “A.S.D. Borgaro 1965” ilə görüşəcək.

1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizə aparır. Yarımfinala qrup qalibləri və ən yaxşı 2-ci yer sahibi yüksələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail