"Bakı"nın düşərgəsində şok olaylar - TƏFƏRRÜATI BİZDƏ
Ötən gün “Qarabağ”la oyundan əvvəl “Bakı”nın
düşərgəsində xoşagəlməz hadisələr baş verdi. Stadium.az xəbər verir ki, oyundan
əvvəl yayılan xəbərlərdə baş məşqçi İbrahim Uzuncanın istefa xəbəri yayıldı. Ancaq
oyun zamanı komandanı meydana məhz Uzunca çıxartdı. Türkiyəli məşqçi
qarşılaşmadan sonra da açıqlamasında bildirdi ki, istefa verməyib və Hafiz Məmmədov
onu komandadan qovana kimi işinə davam edəcək.
Bu olayla bağlı adının açıqlanmasını istəməyən
“Bakı”nın futbolçusu bunları saytımıza danışdı:
“Oyundan əvvəl Yaşar müəllimlə (Yaşar Seyidov) Novruz müəllim (Novruz Əzimov)
bizi bir yerə yığdılar. Bizə oyuna çıxmaq barədə danışdılar. Hətta Novruz müəllim
əsas heyətin demək olar hamısını ehtiyata götürmüşdü. Yaşar müəllim bir siyahı
yazmışdı, heyətlə bağlı. Novruz müəllimə də deyirdi ki, o yazdığı heyəti
oynatsın. Sonra İbrahim Uzunca “razdivalka”ya (futbolçuların soyunub geyinmə
otağına) girdi. Dedi ki, onun qurduğu heyət oynayacaq. Novruz müəllim də dedi
ki, onun istədiyi heyət oynayacaq. Yaşar müəllim Uzuncaya dedi ki, o istefa
verib, Hafiz Məmmədov onu komandada görmək istəmir. İbrahm Uzunca da
qışqıra-qışqıra dedi ki, “onun getməsi barədə Hafiz müəllim nəsə deyibsə, it
olub bazada ulayacaq”. Sora əlində telefon çölə çıxdı, deyəsən, Hafiz müəllimə
zəng eləmişdi. Sonra içəri girdi dedi ki, Hafiz müəllimin bu olanlardan xəbəri
yoxdu və komandanı özü çıxardacaq meydana.
Bizdə bütün heyət sözü bir yerə qoyduq ki, “vobşe”
oynamırıq. Ya İbrahim Uzuncayla oynayacaqdıq, ya da heç kimlə.
Bir də gördük ki, Zeynal müəllim (Zeynal Məmmədov)
bazaya gəldi. Yaşarla Novruz müəllimi çağırdı yanına, başladı üstlərinə
qışqırmağa, sonra da apardı otağına. Bizdə hamımız qaçdıq getdik ora ki, görək
nə danışırlar.
Ordan çıxandan sonra Zenal müəllim dedi ki,
gedin, hocayla çıxın futbolunuzu oynayın. Bizdə gəldik oynadıq”.
“Bakı”lı futbolçu bu hadisənin “Qarabağ”la oyuna təsir etdiyini də bildirdi: “Olan hadisələr bizə çox pis təsir etmişdi. İnanın ki, oyuna elə nastroyla çıxdıq ki, udmaq istəyirdik. Komandada baş məşqçiyə qarşı haqsızlıq edildi və bizdə bunu götürmədik. Onsuz da, biz hamımız Hafiz Məmmədova görə oynayırıq. Yoxsa, başqa adam olsa hamı çıxıb getmişdi”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |