"Qarabağ" və "Neftçi" üçün yubiley

06.04.2015 | 3284 dəfə oxunub

Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub  - “Neftçi” və “Qarabağ” yubiley matçına çıxıb.
 
Stadium.Az xəbər verir ki, 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar. 

Hər iki komanda Azərbaycan Premyer Liqasının 28-ci turuna qədər 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. “Neftçi” “Simurq”la, “Qarabağ” isə “Bakı” ilə səfər oyununda 650-yə çatıb.

Paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. 143 heç-heçəsi olan “Neftçi” 120 dəfə məğlub olub. 1168 qol vuran “ağ-qaralar” 452 top buraxıb.

“Qarabağ” üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub. 345 qələbəsi olan Ağdam klubu 150 dəfə məğlub olub. 945 qol vuran ağdamlılar 541 top buraxıb.

Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk “beşlik”də “Turan” (584), “Bakı” (510) və “Kəpəz” (482) də yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail