Tahir Gözəl: "Qarabağ"da Müşahidə Şurası yaradılmayacaq"

10.04.2015 | 3593 dəfə oxunub

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, jurnalistlərin dəvət olunduğu tədbirdə "Qarabağ"ı dünya ictimaiyyətinə yaxından tanıdan amerikalı araşdırmaçı-yazar Tomas Qoltz da iştirak edib. Tədbiri giriş sözü ilə açan Gözəl öncə sözügedən jurnalistin "Qarabağ"ı dünyaya tanıtmaq üçün gördüyü işlərdən danışıb:

"Qarabağ" Azərbaycanda ən uğurlu çıxış edən klubdu. Bu adı dünyaya tanıtmaqda yanımızda dotlarımız oldu. Onlardan biri də Tomas Qoltzdu. Bir də azərbaycanlı jurnalist Şakir müəllim".

Tahir Gözəl çıxışını bitirdikdən sonra amerikalı qonağa diplom, üzərində jurnalistin adı və Ağdamın seriya nömrəsi (02) olan "Qarabağ"ın formasını təqdim edib.

Son günlər ölkə gündəmini məşğul edən manat devalvasiyası haqda da danışan Gözəl bunun "Qarabağ"a təsir etmədiyini bildirib: "Bunun bizə təsiri oldu. Amma "Qarabağ"a heç bir təsir etməyəcək.  "Azersun"un Avropaya ixracatı var, amma azdı. Şirkətə müəyyən qədər təsir etdi,amma komandaya yox. "Qarabağ" qədər tanındı, brendə çevrildi ki, baş verənlər klubun büdcəsinə təsir etmədi. "Qarabağ"ın Azərbaycanda bənzəri yoxdu. Komanda bu qədər uğur qazandıqdan sonra onun büdcəsini azaltmaq olmaz. "Azersun"un əsas gücü ölkə daxilində olduğu üçün devalvasiya bizə elə də təsir etmədi. Məsələn, bizim 15 şirkətimiz zərər gördüsə, 15-i bundan xeyir gördü. Ona görə balans qorundu".

"Neftçi"dəki sistem dəyişikliyinə də münasibət bildirən Gözəl "Qarabağ"da Müşahidə Şurasının yaradılmayacağını söyləyib: "Neftçi"də sistem dəyişib. Onlara uğurlar arzu edirik. İndiki şəxslər çox uğurlu insanlardılar. Çingiz müəllim də yaxşı insandı. Mən həmişə istəmişəm ki, ki, "Neftçi" yaxşı səviyyədə olsun. Tahir Gözəi tanıyanlar bilir ki, mənim üçün bütün liqa oyunları bir yana, "Neftçi"nin oyunu bir yana. "Qarabağ" - "Neftçi" oyunu şirlərin savaşıdı. "Bizdə Müşahidə Şurası yaradılmayacaq. Çünki biz öz sistemimizdən məmnunuq. Biz bir ailəyik. İşlərimiz də yaxşı gedir. Qurduğumuz sistemdən razıyıq və dəyişmək fikrimiz yoxdu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail