"Neftçi" finalın qapısını araladı, "Qarabağ"dan çətin qələbə - YENİLƏNİB

13.04.2015 | 4464 dəfə oxunub

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə start verilib. Stadium.Az xəbər verir ki, bu mərhələnin hər iki görüşü eyni gündə baş tutub.

İlk olaraq, meydana "Qarabağ" və "Simurq" komandaları çıxıblar. "İnter Arena"dakı matçı saat 18:00-da başlayıb. Cari mövsüm çempionluğa ən iddialı namizəd olan Ağdam klubu "qızıl dubl" arzusundadı. Bunun üçün də finala gedən yolda "Simurq"u mübarizədən kənarlaşdırmalıdı. Zaqatala klubu da yarımfinala çıxmaqla kuboka olan iddiasını ortaya qoyub. Avrokuboklarda oynamaq istəyən Georgi Çixradzenin komandası ilk oyunda əlverişli nəticəyə ümid edirdi. Ancaq "Qarabağ" çətinliklə də olsa, bu oyunda qələbə qazanıb.

Günün ikinci və son oyununda isə "Neftçi" və "İnter" klubları üz-üzə gəliblər. "Bakcell Arena"dakı oyun 19:00-da start götürüb. Çempionluq mübarizəsində "Qarabağ"ın kölgəsində qalan hər iki komanda əsas ümidini ölkə kubokuna bağlayıb. Bu mənada azarkeşləri kifayət qədər maraqlı oyunun gözlədiyini söyləmək olardı. 90 dəqiqənin tamamında 2 qol vuran "Neftçi" finalın taleyini böyük ölçüdə həll edib.


Azərbaycan kuboku, yarımfinal mərhələsinin ilk oyunları

13 aprel

18:00. "Qarabağ" - "Simurq" 1:0

Qol: Cavid Tağıyev, 14

"İnter Arena"


19:00. "Neftçi" - "İnter" 2:0

Qollar: Nikolas Kanales, 18, 71

"Bakcell Arena"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail