Çingiz Abdullayev: "Axırda ürəkləri partlayacaq”

14.04.2015 | 4736 dəfə oxunub

“Telekanallarda heç nə yerində deyil”. Stadium.az xəbər verir ki, bu sözlər “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevə məxsusdu.

Ölkə kubokunun “İnter”lə ilk yarımfinal matçının fasiləsi zamanı jurnalistlərin suallarını cavablandıran Abdullayev telekanallardan narazı qaldığını bildirib. Onun sözlərinə görə, televiziyalar idmanı, futbolu təbliğ eləməlidirlər:

“Səhərdən axşama musiqi çalınır, oynayırlar, yoğun arvadlar bişirib-yeyirlər. Bir dəfə də telekanallarda normal kitabın təbliğatını görməmişəm. Ancaq şou-biznesi, restoranları reklam edirlər. Olsun, biz də restoranlara gedirik. Amma normal şeyləri də təbliğ eləsinlər. Heç olmasa, idmanı, futbolu reklam eləsinlər. Baş nazirin müavini mənə zəng edib deyir ki, necə olur, televiziyada "Neftçi"ni görə bilmirəm? Bilmədim ona nə deyim. Bu vəziyyəti dəyişməliyik. Ermənilər o tərəfdən baxırlar ki, torpaqları işğal altında olan bizimkilər elə bütün günü yeyib-içirlər, bişirib yeyirlər. Baxırlar ki, bizimkilər torpaq almaq barədə düşünmürlər. Elə ancaq bişirib yeməklə məşğuluq. Baxırlar ki, dünya bunların vecinə deyil, ancaq yeyirlər. Onlar da buna baxırlar, axırda ürəkləri partlayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail