"Rəvan"ın sahibinə ağır zərbə - “Nurgün Group”un satış mərkəzlərin bağladılar

14.04.2015 | 4308 dəfə oxunub

Vergilər Nazirliyi “Nurgün Group”un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb. Stadium.az xəbər verir ki, şirkətə məxsus “İnfiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir

Məsələ ilə bağlı şirkətin “Nurgün Motors”un marketinq şöbəsindən bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.

Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salaonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib. Onu da bildirək ki, çəkilən salonlarda hər-hansı təmir- bərpa işlərinin aprıldığını müşahidə edilməyib. Sadəcə, salonların qapıları bağlı olub və nəinki, işçilər, heç mühafizçilər də gözə dəyməyib.

Qeyd edək ki, “Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. “Nurgun Group” “Nissan”, “Ford”, “Renault” və “İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Şirkətin sahibi Nuru Əliyev həm də 1-ci Dvizionda mübarizə aparan “Rəvan” klubuna himayədralıq edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail