9 yaşlı Mikayıl: "Messi atamın dostudur" - MÜSAHİBƏ
Haqqında danışacağım balaca istedad ilə təsadüfən tanış oldum. "İnter Arena"da veteran futbolçumuz Azər İsayevin məşqində. Topla rəftarı, hər iki ayaqla güclü zərbə vurmağı diqqətimi cəlb etdi. Xarici görünüşdən 11-12 yaşlı uşağa bənzəyirdi. Biləndə ki, cəmi 9 yaşı var düzü, çox təəccübləndim. Azər müəllimdən uşaq haqqında soruşanda Barselonadakı futbol akademiyalarından birinin tələbəsi olduğunu bildirdi. Balaca futbolçu məşqə ailəsinin yaxın dostu Rəşad bəylə gəlmişdi. Məşqi izləyə-izləyə Rəşaddan uşaqla bağlı bəzi məlumatlar aldım.
Cəbrayılov Mikayıl Məzahir oğlu 2006-cı il martın 2-də Bakıda anadan olub. Əslən qobuludular. Futbolla 3 il əvvəl məşğul olmağa başlayıb. Ötən ilin iyuluna kimi “Neftçi"nin uşaq futbol məktəbində Tural müəllimin qrupunda məşq keçən Mikayılı həmin vaxt atası Barselonada
yerləşən və bütün dünyada məşhur olan “Marcett" futbol akademiyasına baxışa aparıb. Baxışdan uğurla keçən balaca futbolçu akademiyaya qəbul edilib. “Marcett"də məşqlər ödənişlidir. Düzü, etik qaydalara görə Rəşaddan bu barədə nəsə soruşmadım. Amma bildiyim qədər akademiyada
qalmaq üçün böyük məbləğdə vəsait lazımdır. Məzahir müəllim iş adamı olduğundan həmin vəsaiti qarşılamağa imkanı çatıb və övladını Barselonaya göndərib.
Bəs, təhsil? Mikayıl 3-cü sinif şagirdidir. Barselonaya gedənə kimi Bakıdakı “British School"da təhsil alırmış. İngilis dilini bilməsi müəyyən mənada İspaniyada onun dadına çatıb. Buna baxmayaraq, akademiyada dərslər ispan dilində tədris olunduğundan ispan dilini öyrənmək vacibdir. Yeri gəlmişkən, Mikayılın 9 yaşı olmasına baxmayaraq 5 dildə danışa bilir - azərbaycan, ingilis, rus, ispan və katalon. Təhsil və məşqlər akademiyanın nəzdindəlir. Yaşamaq üçünsə atası kirayə ev tutub. Mikayılla Azər müəllimin məşqinin fasiləsində ayaqüstü söhbət elədim. Böyüklərdən
fərqli olaraq onunla danışmaq bir qədər çətin oldu. Axı, uşaqla söhbət eləmək üçün gərək özün də “uşaq" olasan.
- Mikayıl, Bakı gözəldi, yoxsa Barselona?
- Barselona. Bakı da gözəldi. Amma Barselona daha çox xoşuma gəlir.
- Yəqin ki, orada boş vaxtın olur. Nə işlə məşğul olursan?
- “Play
station" oynayıram, dərslərimi hazırlayıram.
Hərdən bir “Aqua Park"a, ya da şəhəri gəzməyə gedirəm. Hə, bir də dənizə getməyi xoşlayıram.
- İspanların “dənizi" yaxşıdı, ya bizim ki?
- Onların. Çünki təmizdi. Bizim dəniz isə çox çirklidi.
- Barselonada kiminlə qalarsan?
- Bibim ilə. Hər yerə onunla gedirəm.
- Dərslərin necədir? İspan dilində oxumaq çətin deyil ki?
- Yox, İspan dili asan dildi. Tez öyrəndim. Biz akademiyada
həm də katalon dilini öyrədirlər. İspan və katalon dilləri çox oxşardı. Amma katalon dili bir qədər çətindi. Özü də “ş" hərfindən çox istifadə olunur. Ən yaxşı ingilis dilini bilirəm.
- Bəs, məşqlər?
- Dərsdən sonra məşq edirik. Komandamız
da var. Yarışda 3-cü yerdə gedirik.
- Hansı mövqedə oynayırsan?
- Yarımmüdafiədə. Hücuma daha çox keçirəm. Hər oyunda 1-2 qol vururam. Amma müdafiədə oyunum daha yaxşı alınır.
- Azər müəllim yaxşı məşq keçir, ya ispan məşqçilər?
- Hər ikisi. Bakıya gələndə məşqlərdən
uzaq düşməyim deyə, atam Azər müəllimin yanına göndərdi. Yaxşı məşqçidi. Mənə çox şey öyrədir.
- Mikayıl, öz dilimizdə danışmaqda bir qədər çətinlik çəkirsən.
Bu yerdə
Rəşad söhbətə qoşulur. Onun sözlərinə görə ailədə daha çox rus dilində ünsiyyət qurublar. Məktəbdə isə ingilis dilində təhsil aldığından
Mikayıl öz dilimizdə danışanda müəyyən qədər çətinlik çəkir. Barselonada
bibisi Mikayılla ancaq azərbaycan dilində danışır ki, dilimizi yadırğamasın.
- Mikayıl, hansı ispan yeməyini xoşlayırsan?
- Heç birini. Bizim yeməklər kimi dadlı deyil. Bibim ancaq öz yeməklərimizi bişirir - düşbərə, dolma, dovğa...
- Barselonada Azərbaycan üçün darıxırsan?
- Əlbəttə. Əsas da atam, anam, balaca bacım üçün. Hər gün internetlə danışırıq.
- Heç, “Barselona"nın oyunlarını
stadiondan izləyibsən?
- Yox. Ancaq televizordan baxıram.
- Bəs, futbolçularla necə, görüşmək imkanı olub?
- Hə. Bir dəfə Messi atama əl yelləyib. Messi atamın dostudu. Restoranda tanış olublar. O vaxtdan dostdular.
- Hansı futbolçunu xoşlayırsan?
- Messini. Bir də Neymarı.
- Bəs, özümüzünkülərdən?
- ...
- İspan dilində azərbaycanlılara nə demək istərdin?
- Te quiero Azerbaiyan.
- Bu, nə deməkdi?
- Səni sevirəm, Azərbaycan.
Biz də səni sevirik. Mikayıl. Sədan həmişə yüksəklərdən gəlsin.
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |