"Neftçi"də mühüm yeniliklər: Müşahidə Şurasının qərarları açıqlandı

14.04.2015 | 4191 dəfə oxunub

"Bakcell Arena"da "Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

 

1. "Neftçi" PFK-nın yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasına kimi, klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb.

2. "Neftçi" PFK-nın yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib.

(Vəli Qasımov futbolçu olduğu dönəmdə Azərbaycan milli komandası və "Neftçi" ilə yanaşı, İspaniya və Portuqaliyanın elit klublarında çıxış etmiş, "Real Betis" klubunun heyətində İspaniya çempionatının bürünc mükafatını qazanmışdır. Peşəkar karyerasını başa vurduqdan sonra əsas yığma komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirmiş Vəli Qasımovun beynəlxalq təcrübəyə malik olduğu nəzərə alınaraq, onun "Neftçi" PFK-nın idman direktoru vəzifəsində faydalı ola biləcəyi qənaətinə gəlinib)

3. "Neftçi" PFK-nın Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi"nin təsis edilməsi haqqında qərar qəbul edilib.

(Qapıçılar məktəbinə "Neftçi"nin əfsanəvi futbolçusu Sergey Kramarenkonun adının verilməsi təsadüfi deyil. "Neftçi" ilə SSRİ çempionatının bürünc medalarını qazanmış Sergey Kramarenko, yüksək dəstədə rekord sayda - 312 oyun keçirib. Karyerasının böyük hissəsini "Neftçi"nin heyətində keçirmiş qapıçı, nəinki Azərbaycanın, ümumilikdə Sovet futbolunun tanınmış simalarındandır. Layihənin icrasında əsas məqsəd uşaq və yeniyetmə istedadların üzə çıxarılması və onların peşəkar səviyyədə hazırlanmasıdır. Hazırda Azərbaycan milli komandasının və Almaniyanın "Ayntratxt" klubunun üzvü olan qapıçı Emil Balayev də məhz "Neftçi"nin yetirməsidir. Bununla yanaşı, "Neftçi"nin bir neçə üzvü mütəmadi olaraq müxtəlif yaş qrupu üzrə yığma komandalara cəlb olunur. Onlardan Kamran İbrahimovla Tural Osmanov U-17, Məhərrəm Əhmədovla Nail Alışov U-15 komandalarının üzvləridir. Məqsəd bu siyahının daha da genişlənməsi və ixtisaslaşmış qapıçı məktəbində yaradılacaq sağlam rəqabət mühitində yeni adların meydana çıxarılmasıdır)

4. İclasda "Neftçi" PFK-nın muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq.

5. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

6. "Neftçi" PFK-nın Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.

(Layihənin icrası azarkeşlərin komanda ilə daha yaxın təmasının yaradılması, onların məlumatlandırılması və stadionlara cəlb olunması baxımından əhəmiyyətli hesab edilib)

7. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında  geniş miqyaslı sorğunun təşkil olunmasına qərar verilib.

Qeyd edək ki, "Neftçi" PFK-nın rəsmi loqotipi indiyə kimi 4 dəfə yenilənib.

 

Müşahidə Şurasının növbəti iclasının vaxtı və məkanı barədə ictimaiyyətə məlumat veriləcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail