Ölkə kubokunun finalı Qəbələdə?

16.04.2015 | 3549 dəfə oxunub

Azərbaycan kubokunun final oyunu Qəbələdə keçirilə bilər. Stadium.Az xəbər verir ki, bunu "Qəbələ" klubunun qəzetinə açıqlamasında Ramin Musayev deyib. PFL prezidenti deyib. Qurum rəhbəri yekun qərar üçün finalçıların müəyyənləşməsini gözləyir. Musayevin fikrincə, kubokun həlledici görüşünün Qəbələdə keçirilməsi üçün istənilən şərait var:

"Finala hansı komandaların çıxacağını bilmək vacibdir. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də".

PFL rəsmisi bu yay Bakıda təşkil olunacaq I Avropa Oyunları ilə əlaqədar final tarixinin bir qədər irəli çəkiləcəyini də istisna etməyib: "Həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündür. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail