AFFA Jaba haqqında qərar verdi

06.09.2011 | 6472 dəfə oxunub

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, yığıncaqda “Bakı” klubunun braziliyalı legioneri Jaba kimi tanınan Silvino Joao De Carvalyonun məsələsinə baxılıb. Məsələ ondadır ki, bu il mayın 17-də FİFA tərəfindən AFFA-ya ünvanlanan No 100094 saylı məktubda “Bakı” nın futbolçusunun Braziliyanın “İtuano Sociedades de Futebol” klubuna olan borcunun faiz hissəsinin mayın 25-nə kimi ödənilməsi göstərilmişdir. Lakin futbolçu göstərilmiş tarixə kimi nəzərdə tutulan məbləği ödəmədiyi üçün FİFA futbolçunun oyunlarda iştirakına qadağa qoymuşdu. Həmin qərara uyğun olaraq, AFFA-nın İntizam Komitəsi də futbolçunun AFFA bayrağı altında keçirilən yarışlarda meydana çıxmasına veto qoymuşdu. İyulun 27-də isə FİFA-nın AFFA-ya ünvanladığı məktubunda Jabanın əvvəlki klubuna olan borcunu tam şəkildə ödədiyi üçün futbolçuya qoyulmuş sanksiyaların FİFA tərəfindən ləğv edildiyi göstərilmişdir. Bunları nəzərə alan AFFA İntizam Komitəsi mayın 20-də Jaba haqqında çıxardığı qərarı ləğv edərək braziliyalıya qurumun bayrağı altında keçirilən yarışlarda iştirak etməyə icazə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail