Kaxaber Sxadadze: "İnter" dağılarsa, faciə olacaq"

21.04.2015 | 3769 dəfə oxunub

"Neftçi" klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq.  Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı".

Stadium.Az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü mütəxəssis ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi" üzərində 2:1 hesablı qələbəni şərh edib:

"İlk oyundan sonra demişdim ki, "Neftçi" qələbə qazanıb və özünü rahat hiss edir. "Neftçi" ev oyununda qol buraxmadı, əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi".

Sxadadze son vaxtlar "İnter"in dağılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Son hadisələrlə bağlı isə deyə bilərəm ki, "İnter" dağılarsa, faciə olacaq. Çünki "İnter" "Neftçi" və "Qarabağ"la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya  diqqət ayıracaqlar. "İnter"i yaşatmaq onların borcudur. Çünki "İnter" Azərbaycanın öndə gedən klublarından biridir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail