Rövnəq Abdullayev: "Belə şeylər gənc futbolçuların psixologiyasını korlayır"

07.09.2011 | 5279 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – Qazaxıstan oyunu ilə bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, Abdullayev azarkeşlərdən narazı qalıb:
“Qələbə bizi çox sevindirdi. Bu, Azərbaycan futbolunun inkişafına kömək edir. 7 xal hələ komandamız üçün son hədd deyil. Çünki qarşıda yenə oyunlarımız var. Mən azarkeşlərin dəstəyindən narazıyam. Fikrimcə, onlar yığmanı daha yaxşı dəstəkləməlidilər. 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq lazım deyil. Heç bu gün stadionu da doldurmamışdılar”.
“Biz hamımız yığmadan Qazaxıstan üzərində qələbə gözləyirdik. Azarkeşlər artıq yığma komandanın qələbəsi üçün darıxmışdılar. Bax buna görə də belə qələbələrimizin sayını daha da çoxaltmalıyıq”.
“İlk dəfədi ki, Azərbaycan yığması bu qədər xal toplayır. Amma bu, hələ son deyil. Qarşıda daha iki oyunumuz var. Bununla kifayətlənməməliyik. Baxmayaraq ki, bu nəticəni də yaxşı hesab edirəm. Mən azarkeşlərdən narazıyam. Onlar yağışa rəğmən milli komandanı dəstəkləməyə gəlməliydilər. Onlar isti havada da, soyuq havada da ölkənin əsas komandasının yanında olmalıdılar” – deyə, AFFA prezidenti milli azarkeşlərindən narazılığını dilə gətirib.
Abdullayev sözügedən məsələ ilə bağlı daha sonra bunları dilə gətirib: “Dolu tribunalar həmişə 12-ci oyunçu hesab olunur. Qazaxıstanla oyunda həmin 12-ci oyunçumuz yox idi. Yığma komandanı dəstəkləmək lazımdı. Daha 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq yox. Belə şeylər gənc futbolçuların psixologiyasını korlayır”.
AFFA prezidenti futbolumuzun hazırkı durumundan da danışdı: “İnanıram ki, Azərbaycan futbolu gələcəkdə daha da inkişaf edəcək. Qarşıda bizi daha böyük uğurlar gözləyir. Çünki bizim böyük ambisiyalarımız var. Yeni stadionlar tikilir. Hansı ki, gələcəkdə məhz futbolçularımızın uğurlarına ev sahibliyi edəcək. Tezliklə biz sadəcə 7 xal toplamağımıza yox, böyük turnirlərin final mərhələsinə çıxmağımıza sevinəcəyik”.
AFFA prezidenti sonda baş məşqçi Berti Foqtsla müqavilənin yenilənməsi perspektivinə də toxunub: “Hələlik Berti Foqtsla bağlı tələsməməyə çalışırıq. Qarşıda daha iki oyun var. Həmin oyunlardan sonra baxarıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail