Rauf Əliyev: "Mən futbolçuyam, bu mənim işim deyil"

07.09.2011 | 6348 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Qazaxıstana 3:2 qalib gələn Azərbaycan yığma komandasının hücumçusu Rauf Əliyev qarşılaşma barədə fikir bildirib. Stadium.az xəbər verir ki, gənc futbolçu oyunu bu cür dəyərləndirib: "Oyun istədiyimiz kimi başlamadı. Qazaxların qolu bizə psixoloji təsir etdi. İlk hissədə oyunumuz alınmadı. Mahir sağ olsun ki, Belçika ilə oyundakı kimi yenə gözəl ötürmə verdi və mən qol vurdum. Bu, hər hansı bir ev tapşırığı deyil. Sadəcə, artıq bir birimizi yaxşı başa düşürük. 3-cü qoldan sonra bir epizoda da fərqlənə bilərdim, lakin alınmadı". Rauf komandanın bundan sonrakı oyunları ilə bağlı da fikir bildirib: "İndi xalımızı artırmaq barədə düşünməliyik. Avstriya güclü komandadır, amma uğurlu nəticə qazanmağa çalışacağıq. Mənim üçün millinin baş məşqçisinin dəyişib-dəyişməməsinin elə də bir fərqi yoxdur. Əslində, bu, bir futbolçu kimi mənim işim deyil. Hər halda bu barədə federasiya qərar verməlidir. Amma, mənim fikrimcə, baş məşqçi dəyişikliyinə ehtiyac yoxdur".

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail