Bu uğurlar Sadıq Sadıqovundur, Şura hökumətinin yox!
AFFA-nın
baş katibi Elxan Məmmədovun “Neftçi” oyunu davam etməkdədir. İş ondadır ki,
Sadıq Sadıqovun “Neftçi”dən getməsinə nail olan Məmmədov, indi eks prezident
barədə antipatiya siyasətini işə salıb.
Elxan
Məmmədovun başçılıq etdiyi klan hazırda mətbuatda Sadıq Sadıqovu qaralamaqla məşğuldur.
Onların qucağında oturan bəzi mətbu orqanlar hazırda S S barədə həqiqətə uyğun
olmayan xəbərlər dərc edir, sanki son prezident barədə ictimaiyyətdə mənfi
fikir formalaşdırmağa cani dildən can atırlar. Hətta son yola əl ataraq
Sadıqovun “Neftçi”də böyük pulları sıradan çıxartdığını və buna görə həbs ediləcəyin
də abırsızcasına yazırlar.
Bunları
yazanlar o qədər düşüncəsiz insanlardır ki, “Neftçi”də milyonlar silən bir şəxsin
“Neftçi”dən dəfələrlə daha böyük camiəyə malik olan “Neftçi” İctimai Birliyində
necə də hələ prezident olmasın fikirləşmirlər. Məgər bu işin böyükləri milyonlar
silən bir şəxsin qələmin qırıbsa, o zaman bu boyda postda qalmasına niyə göz
yumurlar? Demək ki, yazılanlar və bu barədə deyilənlər sadəcə kimincə təxəyyülünün
boş və alçaq məhsuludur.
Bütün
bunları yaymaqda əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi, Sadıq Sadıqovu gözdən
salmaq, ictimaiyyətdə son prezident barədə mənfi fikir formalaşdırmaqdır. Bunun
da arxasında böyük bir plan var. S S-i gözü götürməyənlər bu işlə onun “Neftçi”də
qazandığı uğurlara kölgə salmağa cəhd edirlər. Amma...
Əmması
da var. O səbəbdən ki, Sadıq Sadıqov “Neftçi” tarixinin ən uğurlu və titullu prezidentidir
və bunu nə danmaq olmaq, nə də tarixi dəyişdirmək.
3 Azərbaycan
çempionluğu...
4 dəfə
ard-arda ölkə kubokunun finalına çıxmaq başarısı...
2 dəfə
ölkə kubokunun qalibi olmaq uğuru...
Avropa Liqasının qrup mərhələsi...
“Neftçi” hazırd ölkə kubokunun finaklına vəsiqə qazanıb və bu titulu bir daha qazana bilər. Sadıq Sadıqov bütün bu uğurları “Neftçi”də olduğu 5 il ərzində edib. Hörmətli “Neftçi” azarkeşi və oxucusu da bu məsələyə həssas yanaşmalıdır. Onlar hazırkı “Neftçi” rəhbərliyinin şirin vədərinə inanmamalı və “flaqman”dan uğur tələb etməlidirlər. Çünki yeni rəhbərlik kifayət qədər uğurlu iş görən S S-in yerinə gəlib. Klubun müşahidə Şurasının sədri Çingiz Abdullayev açıqlaması zamanı uğur qazanmaq üçün onlara böyük pulların və uzun müddət vaxtın gərəkli olduğun bildirib. Ey “Neftçi” azarkeşi və Çingiz müəllim, yuxarıda sadaladığımız uğurları “Neftçi” klubu S S-lə son 5 ildə əldə edib. Sadıqov komandaya gəldiyi zaman əsas heyətin 16 futbolçusun komandadan uzaqlaşdırdı və yeni komandayla ilkdəcə çempionluq sevinci yaşadı. Yəni bunun üçün ona böyük vaxt və milyonlar verilməmişdi. S S bunları ən qısa zamanda etdi. Halbuki bu dövrdə büdcəsi “Neftçi”dən qat-qat çox olan komandalar titul qazanmağa belə həsrət qaldılar. Çünki Sadıqov futbolu bilən və uğur qazanmaq üçün can yandıran prezident idi.
Klubun
Müşahidə Şurasının sədri Çingiz Abdullayev isə deyir ki, AZAL adlı komandanın
olmasından indi xəbər tutub. “Neftçi” azarkeşi, siz bundan uğur gözləyirsiz?
P.S. Əslində, Sadıq Sadıqovun indiki dönəmdə “Neftçi”dən
getməsi klubun futbol tarixi üçün son dərəcə önəmli bir hadisədir. Çünki klubda
Müşahidə Şurasının yaradılmasıyla prezidentlik postu ləğv edildi. Bununla da
Sadıq Sadıqov klubda son prezident olaraq adın “Neftçi”nin tarixinə yazdırmış
oldu.
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |