Böyükağa Hacıyev: " Əzrail söz verdi ki, 66 yaşıma kimi mənə dəyməyəcək”

25.04.2015 | 3667 dəfə oxunub

“AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə görüşdük. Mənim elə bir problemim yoxdu”. Stadium.az xəbər verir ki, bu sözləri Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Hacıyevin “Space” kanalının efirində “Araz Naxçıvan” - “Neftçi” matçı ilə bağlı verdiyi açıqlama birmənalı qarşılanmamışdı. Onun “15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam, bu komandaya qalib gələ bilməzdim” cümləsi rezonans doğurmuşdu. Verilişdən sonra Hacıyevin komandasının həmin görüşdə bilərəkdən uduzması ilə bağlı söz-söhbətlər yaranmışdı. Nəticədə AFFA-nın hüquqşünası Rəmiş Malıyev açıqlamasında Böyükağa Hacıyevdən izahat alacağını bildirmişdi.

Hacıyevlə Malıyevin görüşü artıq baş tutub. Bununla bağlı danışan “Zəif” ləqəbli məşqçi heç kimdən qorxmadığını bildirib: “Mən sözümün ağasıyam. Sadəcə, məni sevməyənlər gözləyirlər ki, “uteçka” buraxım. Amma bilmirlər ki, mən “uteçka” buraxmaram. Rəmiş Malıyevə izahat verdim. O da gördü ki, hər şey qaydasındadı. Mən cinayətkar deyiləm”.

Hacıyev federasiyanın hüquqşünası ilə görüş zamanı həyəcanlanmadığını qeyd edib: “Nə həyəcanlanmaq? Hüquqşünasdan çəkinəcəm? Mən “İnter”, “Rubin” və “Partizan”ın qarşısına komanda çıxaranda, heç gördünüz ki, həyəcanlanım? Elə şey ola bilməz. Mən qorxu hissindən azad adamam. Gecə saat 3-də də zəng edib ölümə çağırsanız, yenə gələrəm. 2012-ci ildə Moskvaya əməliyyat olunmağa gedəndə Əzrayılla salamlaşıb, qayıtmışam. Əlbəəl görüşdük, mənə söz verdi ki, 66 yaşıma kimi mənə dəyməyəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail