Azərbaycanlı futbolçunun "Fənərbaxça"ya keçidi baş tutdu

25.04.2015 | 3631 dəfə oxunub

Bildiyiniz kimi, bu günlərdə "Əlincə” Futbol Klubunun yetirməsi Turan Vəlizadə Türkiyə nəhəngi "Fənərbaxça”da baxışda olub. Stadium.Az xəbər verir ki, 15 yaşadək millimizin (U-15) də üzvü olan futbolçumuzun 1 həftəlik yoxlanış müddəti başa çatıb. 
 
Vətənə dönən Vəlizadə "sarı-lacivərdlilər”in düşərgəsində yaşadığı təəssüratları klubun rəsmi saytına açıqlayıb: "Məşqlər çox maraqlı keçdi. Yoxlanışa qatıldığım elə ilk gündəcə "Fənərbaxça”nın U-15 komandasının məşqçiləri mənim oyunum haqda müsbət fikirlər səsləndirdilər. Daha sonra komandanın digər məşqçiləri də çıxışımı izlədi. Onlar əvvəlcə hazırda məxsus olduğum klubun "Fənərbaxça”dan pul qarşılığında transfer olunacağımı  düşünürdülər. Ancaq bunun əksini öyrəndikdən sonra mənim "sarı-lacivərdlilər”ə keçidimin zəruriliyini vurğuladılar. Hazırda "oturma izni” və valideynimin orda işlə təmin olunmağı məsələsi yolunda  işlər gedir. Bütün bunlar həll olunduqdan sonra yaxın vaxtlarda  "Fənərbaxça”nın qatıldığı və Antalyada baş tutacaq turnirə yollanacağam. Çox sevinirəm ki, öz oyunumla Azərbaycan və "Əlincə” haqda müsbət fikirlər oyatdım. İnşallah, "Fənərbaxça”ya transfer olunduqdan sonra daha əzmlə çalışıb, Azərbaycanın adını daha yüksək zirvələrə daşımağa çalışacağam”.
 
"Neftçi"nin yetirməsi olmuş Turan Vəlizadə vaxtı ilə Türkiyənin "Beşiktaş" və İngiltərənin "Mançester Yunayted" klublarının düşərgəsində də olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail