Qurban Qurbanovun qələbə şərhi

25.04.2015 | 3113 dəfə oxunub

"Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ən baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XXXI turunda "Neftçi" üzərində qələbə qazandıqları oyun haqda fikirlərini açıqlayıb:

"Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi” üçün, həm də bizim üçün ağır görüş idi. Düşünürəm ki, bu qrafikdə uğurlu oyunlar sərgilədik. Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən “Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi".

Qurbanov stadionu dolduran azarkeşlərdən də danışıb: "Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail