Nikolas Kanales: "Qarabağ”a qalib gələ bilərik"

26.04.2015 | 4124 dəfə oxunub

“Neftçi”nin futbolçusu Nikolas Kanales Premyer Liqanın 31-ci turunda “Qarabağ”a məğlub oduqları oyundan (2:3) sonra jurnalistlərə müsahibə verib. Stadium.az bu müsahibəni təqdim edir: 

 
- “Neftçi” iki top buraxdıqdan sonra dönüş yaratmağa çalışdı və bərabərliyi bərpa edə bildi. Ümumiyyətlə, komandanız kubok oyununu da nəzərə alsaq, son üç görüdə qapısıdan səkkiz qol buraxıb.
 
-  Biz 2:0 hesabına reaksiya göstərdik. Halbuki, bundan öncə reaksiya göstərməliydik.
 
- Bir müddət əvvəl “Qəbələ”dən təxminən 10 xal irəlidə idiniz. Amma bu gün (dünən-red.) hər iki komandanın xalı eynidir. İkinci pillə uğrunda mübarizə aparacağı gözlənilən “Neftçi”nin bürünc medalı da əldən vermək təhlükəsi var? Bu uğursuzluq nə ilə bağlıdı?

- Hələ qarşıda 4 tur var. Bu qarşılaşmalarda bizə yetərincə xal qazana bilərik. Ona görə də bu oyunu unudub, növbəti qarşılaşma haqda düşünmək lazımdır.
 
- Ölkə kubokunun finalında da “Qarabağ”la qarşılaşacaqsınız. Bu cür oyunla qələbə qazanmaq olacaqmı?

- Bugünkü kimi oynasaq, əlbəttə, yox. Amma “Qarabağ”a qalib gələ bilərik.
 
 
- Son oyunlarda ardıcıl qollar vurursan. İlk dövrələrdə isə heç nə ilə yadda qalmırdın.

- Yayda komandaya gələndə fiziki baxımdan hazır deyildim. Bildiyiniz kimi, altı ay futbol oynamamışdım. Fiziki cəhətdən zəif idim. Tədricən formamı yığıram. Qış fasiləsəindəki toplanışında da xeyri çox oldu.

-“Neftçi”  ilə müqavilən başa çatır. Başqa klublardan təklif almısan?

- Azərbaycandan yox, başqa ölkələrdən təklif gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail