Mərkəzi oyundan yubileylər

27.04.2015 | 3053 dəfə oxunub

Premyer Liqanın XXXI turunun “Qarabağ” – “Neftçi” oyunu yubileylərlə zəngin olub. Stadium.Az xəbər verir ki, meydan sahiblərinə 3:2 hesablı qələbə qazandıran Leroy Corcun matçda vurulan son qolu mövsümdə 300-cü olub. Arxada qalan 31 turun 123 oyununda orta məhsuldarlıq  2,44-ə bərabərdir.

Hollandiyalı həm də “Qarabağ”da 20-ci qolunu vurub. O, buna 80 matçda nail olub. Leroy çempionatda 16, avrokuboklarda 4 dəfə fərqlənib. Onun komanda yoldaşı  Muarem Muarem də klubunda 20-ci qola sevinib. Buna 122-ci matçda imza atan makedoniyalı çempionatda 17, kubokda 1, avrokuboklarda 2 dəfə rəqib qapısına yol tapıb. “Qarabağ”ın iki futbolçusu isə yubiley matçında iştirak edib. Namiq Yusifov Premyer Liqada 250-ci oyununu keçirib. Bu müddətdə 3 qol vuran futbolçu həmin matçların 209-na (1 qol) “Qarabağ”ın formasında çıxıb. Ölkə çempionatındakı matç sayını 100-ə çatdıran Bədavi Hüseynov isə 73 oyunu indiki klubunda keçirib.

“Neftçi”nin futbolçusu Karlos Kardoso Premyer Liqada 50-ci matçına çıxıb. Qırmızı vərəqə alan braziliyalı “Neftçi” formasında da 50-yə çatdığından yubiley cənubi amerikalı üçün ikiqat xarakteri daşıyıb. O, bu görüşlərdə 4 qol da vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail