"Qəbələ"nin legioneri: "Bir neçə təklif gəlib" - MÜSAHİBƏ

27.04.2015 | 2786 dəfə oxunub

"Qəbələ"nin hücumçusu Ekiqo Ehiosun Nigeriya mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:


- Son illərdə karyeranızda nələr olub?
- Hər şey əladır. Təəssüflənməyimə səbəb olacaq bir şey yoxdur. Həyatım yaxşıdır. Həyatdan zövq almaq üçün əlimdən gələni edirəm.

- Avropa karyeranıza Türkiyədə başlasanız da, indi Azərbaycandasınız. Bu, necə oldu?
- Bəzən həyatda nələrinsə daha yaxşı olması üçün, dəyişikliyə ehtiyac yaranır. Heç nəyi öncədən proqnozlaşdırmaq olmur. Türkiyədə bəzi problemlərim var idi. Söhbət legionerlərə olan limitdən gedir. Üstəlik, birinci liqa klublarında futbolçuların maaşı da vaxtında ödənilmirdi, problemlər yaranırdı. Bu üzdən Azərbaycana getməyə qərar verdim.

- Bəs Azərbaycanda işlər necə gedir?
- Hər şey yaxşıdır. Çempionat gündən-günə inkişaf edir. Ən əsası isə burada futbol oynayıram. Çempionatda rəqabət var. Burada qazandığım təcrübədən yararlanmağa çalışıram. Baxmayaraq ki, burada daha çox inkişaf edən bir şəhər var - Bakı.

- Qazancınızdan razısınız?
- Bəli. Heç nəyi gizlətməyəcəm. Ümumiyyətlə heç nə qazanmamaqdan bu yaxşıdır.

- Vaxtilə siz Nigeriya futbolunun gələcək ümidlərindən hesab olunurdunuz. Amma qeybə çəkildiniz. Nə baş verdi?
- İtdim, hə? Siz elə düşünürsünüz? Mən Nigeriyanı tərk etmək məcburiyyətində qaldım. Amma buna görə təəssüflənmirəm. Ölkə mətbuatında işıqlandırılmamağım isə mənim itdiyim anlamına gəlməməlidir.

- Yığmaya qayıtmaq barədə düşünmürsünüz?
- Əlbəttə, düşünürəm. Əminəm ki, bunun da zamanı gələcək.

- Gələcək planlarınız necədir?
- Hələ bilmirəm. Mənə bir neçə təklif gəlib, onları dəyərləndirməyə çalışıram. Heç nə deyə bilmərəm. "Qəbələ" də mənə qalmağı təklif edib və cavabımı gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail