"Neftçi"də gərginlik - FUTBOLÇULAR OYNAMAQ İSTƏMİRLƏR - ÖZƏL

28.04.2015 | 4173 dəfə oxunub

“Neftçi” klubunda futbolçular arasında gərginlik var. Stadium.az xəbər verir ki, buna səbəb isə mövsümün sonunda komandadalı legionerlərin heyətdən getməsiylə bağlıdır. İş ondadır ki, komandada çıxış edən legioner futbolçulardan Ernest Nfor, Nikolas Kanales, Karlos Kardoso, Julius Vobay, Denis Silva və Saşa Stamenkoviçin müqaviləsi mövsümün sonunda bitir.  Və bu futbolçular son bir ayda meydanda yaxşı futbol sərgiləmirlər. Bu məqam isə baş məşqçi Arif Əsədovu bərk narahat edir. Vaxtilə özü də futbolçu olan Əsədov yaxşı bilir ki, mövsüm sonu müqaviləsi başa çatan oyunçu komandada qalmayacağını bildikdə risk etmir. Yəni zədələrdən çəkinərək oyunlara ciddi yanaşmırlar. Bu məqam da “Neftçi”nin son oyunlarında özünü açıq şəkildə biruzə verir.

Aldığımız məlumata görə, bununla bağlı legionerlər narahatlıq keirdiklərini baş məşqçi Arif Əsədova bildiriblər. Əsəsdov isə onlara rəhbərliyin sözün çatdıraraq bildirib ki, "qarşıdakı oyunlar sizin üçün bir sınaqdır. Kim özün yaxşı tərəfdən göstərsə, "Neftçi"də qalmağa layiq olduğu isbatlaya bilsə düşərgədə qalacaq". Baş məşqçinin bu sözü isə peşəkar oyunçuları hiddətləndirib və onlar narazılıqlarını çox kəskin şəkildə bildiriblər.

Komandada olan futbolçulardan ancaq çünün müqaviləsi hələ davam edəcək. Bunlardan biri Flavinyodur ki, braziliyalı futbolçu zədə səbəbindən mövsümü başa vurub. Müqaviləsi mövsümün sonunda bitməyəcək və hazırda heyətdə çıxış edən yalnız Erik Ramosla Sesilio da Silva Kauedir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail