Arif Əsədov "Neftçi"dən gedir? "Bu hamıya aiddir" - MÜSAHİBƏ
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Goal.az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir.
- "Qarabağ”la oyundan sonra futbolçularla söhbətiniz oldu?
- Oyunu özüm təhlil etmişəm, amma komanda istirahətə buraxıldığı üçün futbolçularla söhbətim olmayıb.
- Çoxları "Qarabağ”ın bu oyunda iri hesabla qələbə qazanacağın gözləyirdi, amma "Neftçi” kifayət qədər yaxşı oyun sərgilədi…
- Məncə, biz "Qarabağ”a taktiki yox, sırf fərdi baxımdan məğlub olduq. Sadəcə olaraq müdafiə xəttində kobud səhvlər edirik son oyunlarda. Kubokun "İnter”lə cavab oyununda, "Qəbələ” və "Qarabağ”la çempionat görüşlərində ciddi səhvlərə yol verdik. Bu səhvlər də qollarla nəticələnir.
- Bu səhvləri futbolçularla danışmamısız? Siz "Neftçi”yə müdafiə futbolu oynadırsız, amma çoxlu qol buraxırsız…
- Mən komandamın potensialını çox yaxşı bilirəm. "İnter”lə kubokun ilk oyununda istədiyimiz kimi futbol oynadıq. Ancaq "Qəbələ”ylə görüşdə yox. Burda da əsas məsələ müdafiəçilərin rəbin oyunçularla təkbətək mübarizələrdə necə çıxış etmələrindən ibarətdir.
- Son oyunlarda qapıçılarınız da kobud səhləri ilə yadda qalır…
- Mən belə düşünmürəm. Düzdür, "Qəbələ”ylə oyunda Saşa Stamenkoviç səhv etdi, amma bu da tək onun səhvi deyildi. Çünki müdafiə xətti zəif oynayanda qapıçının üzərinə çox yük düşür. Bu da istər-istəməz səhvlərə gətirib çıxardır. Heç bir futbolçu səhvlərdən sığortlanamayıb. "Qarabağ”la oyunda isə Aqil Məmmədovun hansısa səhv etdiyini deyə bilmərəm.
- Çempionatın bitməsinə 5 tur qalıb. "Neftçi” isə 4 oyun oynayacaq. "İnter” və "Bakı”yla səfərdə, "Sumqayıt” və AZAL-la evdə. Sizcə komanda bu 4 oyundan neçə xalla ayrıla bilər?
- Bunu oyunlar göstərəcək. Ancaq bütün diqqətimizi yönəldəcəyik ki, 4 oyundan 12 xalla ayrılaq. Bu oyunlarda zədəli və kart cəzalılarımız olmasa yaxşı nəticələr qazana bilərik. Flavinyo, Denis Silva, Məqsəd İsayev zədəlidir. Kardoso qarşıdakı oyunda olmayacaq, vərəqə cəzalısıdır.
- Artıq çempionluq əldən gedib. Onda demək olar ki, "Neftçi” üçün qarşıdakı 4 oyun elə də əhəmiyyət kəsb eləmir. Yəni bütün diqqətlər ölkə kubokunun finalına yönəlib?
- Bu da öz sözün deyir. Çünki biz ancaq titul qazanmağa oynayırıq. Çempionluq şansı əldən çıxandan sonar bütün diqqətimizi kuboka yönəltmişik. Əsas diqqətimizi buna yönəldəcəyik. "İnter”lə oyundan sonar 13 günlük fasiləmiz olacaq. Bu müddətdə zədəlilər qayıdacaq və yorğunluğu da aradan qaldırmalıyıq ki, final oyununa daha yaxşı səviyyədə çıxaq.
- Arif müəllim, legioner futbolçulardan Ernest Nfor, Nikolas Kanales, Karlos Kardoso, Julius Vobay, Denis Silva, Saşa Stamenkoviçlə müqavilə müddəti mövsümün sonunda başa çatır. Cəmi üç əcnəbi - Erik Ramos, Flavinyo və Kaueylə müqavilə qalıb. Müqaviləsi başa çatan futbolçuların hələ heç biriylə də yeni sözləşmə barədə söhbət olmayıb. Siz də yaxşı bilirsiz ki, bu halda legionerlər heç vaxt ürəklə oynamırlar. Çünk düşünür ki, cəmi bir ayı qalıb, niyə risk etməlidir. Bu amil sizə baha başa otura bilər?
- Mən də istəyərəm ki, belə hal olmasın. Yaxşı olardı ki, sona 6 ay qalmış futbolçularla bu barədə danışılsın. Bu olanda məşqçi üçün də rahat olur. Futbolçu da rahatlıqla futbolun oynayır. Ancaq bilirsiz, bizdə rəhbərlik dəyişdi. Yeni rəhbərlik də futbolçuların oyununa baxır. Son söz də qarşıdakı oyunlardan sonra veriləcək. Məncə bu məqam da o futbolçular üçün bir şansdır ki, komandada qalmağa layiq olmalarən sübut etsinlər.
- Belə başa düşdüm ki, futbolçuların komandada qalmasına siz yox, rəhbərlik qərar vrəcək? Yəni son söz sizin deyil.
- O mənada demirəm. Sadəcə yeni rəhbərlik futbolçuları daha yaxından tanıyır indi. Biri var kənardan, biri var daxildən tanısınlar. Bu da mühüm amillərdən biridir. Əlbəttə, baş məşqçi kimi mənim də öz fikrim var. Mən də bilirəm ki, hansı mövqelər güclənməlidir. Bunlar da baş məşqçiylə rəhbərlik arasında olan söhbətlərdir.
- Bildiyimə görə, qapıçılarla işləyən məşqçi Pavel Doroşevs də gedəcək...
- Yenə deyirəm, heç kim hələ getmir. Hər şeyə qarşıdakı oyunlardan sonra aydınlıq gələcək. Bu da hamıya aiddir. Hamı komandadan gedə də bilər.
- Sizə də aiddir?
- Hamıya (gülür).
- Belə çıxır ki, kubok qazanılmasa siz də gedəcəksiz?
- Mən müqavilələri bitənləri nəzərdə tuturam. Müqaviləm bitməyib hələ (gülür).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |