Foqts heç kimin bacarmadığını bacardı

07.09.2011 | 5263 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yeni rekord müəyyənləşdirib. Stadium.az xəbər verir ki, Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu almaniyalı mütəxəssis üçün əlamətdar olub. Matçda qazanılan 3:2 hesablı qələbə Foqtsun yığmamızın baş məşqçi postunda 8-ci qələbəsi olub. Bunadək almaniyalı 7 dəfə qələbə sevinci yaşamışdı.

Foqtslu yığmanın bütün qələbələri
1. 4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2
2. 15 oktyabr 2008. Manama. YO. Bəhreyn - Azərbaycan 1:2
3. 10 oktyabr 2009. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
4. 18 noyabr 2009. BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0
5. 25 fevral 2010. YO. Əmman. İordaniya - Azərbaycan 0:2
6. 3 mart 2010. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan 1:2
7. 12 oktyabr 2010. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0
8. 6 sentyabr 2011. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan 3:2

8-ci qələbəni qazanmaqla Foqts heç bir mütəxəssisin bacarmadığına imza atıb. Belə ki, yığmanın tarixində olan 31 qələbədə ən böyük pay sahibi məhz almaniyalıdır. Digər baş məşqçilər isə daha az sevinib. Bu oyunadək Vaqif Sadıqovla şərikli rekordçu olan Foqts artıq 7 qələbəsi olan Sadıqovu arxada qoyub.

Yığmada qələbə qazanan baş məşqçilər.
1. Berti Foqts – 8
2. Vaqif Sadıqov – 7
3. Şahin Diniyev – 4
4-5. Kazbek Tuayev, Ələkbər Məmmədov – 3
6-7. Karlos Alberto Torres, İqor Ponomaryov - 2
8-9. Əsgər Abdullayev, Əhməd Ələsgərov - 1

Daha 3 çalışdırıcı yığmanın “sükanı arxasında” olsa da, qələbə nə olduğunu görməyib. Onlardan Ağasəlim Mircavadov 9, Qyoko Hacıyevski 3, Nazim Süleymanov 1 oyunda baş məşqçi postunda olub və sevinə bilməyib.

Qeyd edək ki, fasiləsiz olaraq, yığmamızı çalışdıran Foqts qələbə sayındakı rekordu bu postdakı 39-cu matçında rəsmiləşdirib. Bu uğurlardan başqa onun hesabında 10 heç-heçə və 21 məğlubiyyət də var. İndiyədək yığmamızla 30 qolun sevincini yaşayan almaniyalı 63 dəfə rəqibin dəqiq zərbəsinə üzülüb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail