Elxan Məmmədov: "Bu, bizi çox sevindirir"

01.05.2015 | 3154 dəfə oxunub

"Bakıda “Mançester Yunayted” Yay Futbol Məktəbi üçün seçim prosesi artıq ardıcıl olaraq üçüncü dəfədir ki, təşkil olunur və bu, bizi çox sevindirir. Ötən iki il ərzində bu layihə çərçivəsində görülən işlər, qeydiyyat, seçim proseslərinin və təlim-məşq toplanışının yüksək səviyyədə təşkili, uşaqların bu layihəyə böyük marağı Azərbaycanda futbolun kütləviliyi ilə bağlı görülən işlərin müsbət nəticəsidir. Bu istiqamətdə AFFA, Bakcell şirkəti və “Mançester Yunayted” Yay Futbol Məktəbinin qarşılıqlı əməkdaşlıq mühitində fəaliyyəti təqdirəlayiqdir".

Stadium.Az xəbər verir ki. bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərin başlaması ilə bağlı danışan Məmmədov bunları söyləyib:

"Layihənin ilk ilində biri qız olmaqla 6, növbəti il isə 5 nəfər istedadlı uşaq təlim-məşq toplanışında daha yaxşı göstəricilərə malik olduğunu nümayiş etdirərək Mançester şəhərinə səfər etmək və Denston kollecində məşqlər keçmək, həmçinin “Mançester Yunayted” Futbol Akademiyası, əfsanəvi “Old Trafford” stadionu ilə tanışlıq şansı qazandılar".

Baş katib bu dəfə istedadlı uşaqların Mançesterə getmək şansı əldə edəcəklərinə inanır: "İnanıram ki, budəfəki təlim-məşq toplanışı da yüksək səviyyəsi ilə diqqəti cəlb edəcək, yenə də xüsusi istedad və bacarığa malik uşaqlar Mançesterə vəsiqə qazanaraq təcrübələrini artırmaq imkanı əldə edəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail