Arif Əsədov sərt danışdı: "Bəzi futbolçular dərk etmir ki..."

01.05.2015 | 3663 dəfə oxunub

Premyer Liqanın XXXII turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu heç-heçə başa çatıb. Stadium.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Arif Əsədov 2:2 hesablı nəticəni şərh edib: 

"İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. “Neftçi” “Sumqayıt”ı məğlub etməlidir. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb. “Sumqayıt”ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Oyunçular “Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail