Mirça Rednik "Neftçi"ni məğlub etməyi çempionluqdan üstün tutur

07.09.2011 | 5203 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik PFL-in rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, rumıniyalı mütəxəssis sentyabrın 10-da baş tutacaq Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə oyunu haqda danışıb.

- "Neftçi"yə qarşı digər komandalarla qarşılaşmalardan fərqli hazırlaşırsınız, hazırlıqlarda xüsusi bir fərq var? 
- "Neftçi" ilə oyunlarımız həmişə böyük maraq doğurub. Azarkeşlərimiz bu komanda ilə oyunlarımıza xüsusi önəm verirlər. Bizim üçün də "Neftçi" ilə qarşılaşmalar prinsipial xarakter daşıyır. Ona görə də şənbə günü keçirləcək matça digər komandalarla qarşılaşmalardan fərqli hazırlaşırıq. Bu qarşılaşma bizim üçün adi bir oyun deyil. 

- "Xəzər Lənkəran"ın heyətində itkilər varmı? 
-Milli komandanın düşərgəsinə yollanan futbolçuların vəziyyətinin nə yerdə olmasından xəbərim yoxdur. Elnur Allahverdiyev milli komandaya zədəli getmişdi. Ancaq sonradan öyrəndim ki, Elnurun zədəsi elə də ciddi deyil. "Rəvan"la qarşılaşmadan sonra Antonio Semedo da zədələnib. Onun müayinəsi başa çatandan sonra "Neftçi" ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək. 

- Ötən tur "Rəvan"la qarşılaşmada "Xəzər Lənkəran" iki xal itirdi. Bu oyundan sonra komandanın əhval-ruhiyyəsi necədi? 
- Futbolda bütün oyunlarda qalib gəlmək mümkün deyil. Təbii ki, xal itkisinə görə məyus olduq. Ancaq bədbinliyə qapılmırıq. "Neftçi" ilə qarşılaşmada ötən turdakı xal itkisini azarkeşlərimizə unutdurmağa çalışacağıq.

- Lənkəran şəhər stadionun ot örtüyünün vəziyyəti nə yerdədir? Stadionun vəziyyəti baxımlı futbol oynamağa imkan verirmi? 
- Stadionun ot örtüyünün yaxşı vəziyyətdə olduğunu söyləmək olmaz. İki gündür yağış yağır, bu gün bir qədər günəşli hava müşahidə olunub. Ümid edirəm oyun gününə qədər stadionun ot örtüyünün vəziyyəti yaxşılığa doğru dəyişər. 

- "Neftçi" və "Xəzər Lənkəran" 22-ci dəfə qarşılaşacaq. Bu oyunlarda "Neftçi"nin üstünlüyü gözə çarpır. Növbəti qarşılaşmada minimal məqsədiniz nədir? 
- Bu komandalar arasındakı qarşılaşmaların statistikasının mənim üçün əhəmiyyəti yoxdur. Mənim üçün "Xəzər Lənkəran"a gələndən sonrakı statistika önəmlidir. Mən bu komandada baş məşqçi kimi fəaliyyətə başlayandan sonra "Neftçi" ilə altı dəfə qarşılaşmışıq. İki dəfə qalib gəmişik, dörd oyun da heç-heçə başa çatıb. Çalışacağıq ki, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirək. "Neftçi" ilə qarşılaşmaya azarkeşlərimiz çox böyük önəm verirlər. Hətta elə azarkeşlər var ki, mövsüm boyu "Neftçi" ilə oyunlarımızı gözləyirlər. ""Neftçi" ilə qarşılaşmalar bizim üçün o qədər vacibdir ki, razıyıq, çempion olmayaq, amma "Neftçi"ni məğlub edək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail