Roşa: "Qarabağ"la Avrokubokların qrup mərhələsində oynamaq istəyirəm"

07.09.2011 | 5756 dəfə oxunub

“Hamıya məlumdur ki, “Qarabağ” Azərbaycanda ən çox rəğbət bəslənilən komandadır. Avrokuboklarda uğurlu çıxışla yanaşı sərgilədiyi baxımlı futbolla da azarkeşlər tərəfindən sevilir”. Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun yeni transferi Leonardo da Silva Roşa deyib.
Braziliyalı legioner klubun saytına açıqlamasında keçidinə münasibət bildirib: “Mənim də oyun üslubumun “Qarabağ”a uyğun gəldiyini düşünürəm. Çoxları məni məhz bu səbəbdən bu komandada görürdü. Məlum olduğu kimi, ötən mövsümün sonunda “Bakı”dan ayrıldıqdan sonra Braziliya klubuyla şifahi razılaşma vardı. Onlar da yerli futbol qurumuna lisenziyama görə müraciət etmişdilər. Bu səbəbdən keçidim bir qədər yubandı. Amma indi hər şey arxada qalıb. “Qarabağ”da ilk oyunuma çıxacağım günü səbirsizliklə gözləyirəm”. 
Roşa yeni komandasına əlindən gələn köməyi edəcəyini də bildirib: “Bilirəm ki, mən “Qarabağ”ın 2-ci və sonuncu transferiyəm .Ona görə də məndən çox şeylər gözlədiklərini bilirəm. “Qarabağ”ın azarkeşləri çox çılğındır. Onlar heç yerdə komandalarını tək qoymurlar. Çalışacam ki, komandaya verəcəyim faydayla onları sevindirim. “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm. İlk növbədə çempionluq, sonra isə Avrokuboklarda qrup mərhələsində oynamaq istəyirəm. “Qarabağ”ın buna qadir olduğunu düşünürəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail