Dünyanın ən çox qazanan futbolçularının son siyahısı açıqlandı

08.05.2015 | 3032 dəfə oxunub

ABŞ-ın "Forbes" jurnalı 2014-cü ildə ən çox qazanan futbolçuların siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, siyahıya İspaniyanın "Real" klubunda oynayan Kriştianu Ronaldo başçılıq edir.

Jurnalın hesablamasına görə, iki il ard-arda bu titula sahib çıxan 30 yaşlı futbolçu ötən il 79 milyon dollar qazanıb. Bu da portuqaliyalının 2014-cü ildə qazandığından 6 milyon dollar çoxdur. 

İkinci pillədə isə 70.5 milyon dollarla Lionel Messi qərarlaşıb. "Barselona"lı futbolçu bu məbləğin 22 milyon dollarını reklamlardan əldə edib. İlk üçlüyü 41.8 milyon dollarla Fransa PSJ-sinin hücumçusu Zlatan İbrahimoviç qapayır.

"Forbes"in tərtib etdiyi ilk onluq belədir:

1. Kriştianu Ronaldo: "Real Madrid" - 79 milyon dollar

2. Lionel Messi: "Barselona" - 70.5 milyon dollar

3. Zlatan İbrahimoviç: PSJ - 41.8 milyon dollar

4. Qaret Beyl: "Real Madrid" - 34.9 miylon dollar

5. Neymar: "Barselona" - 31.7 milyon dollar

6. Radamel Falkao: "Mançester Yunayted" - 31 milyon

7. Ueyn Runi: "Mançester Yunayted" - 25.8 milyon dollar

8. Xames Rodriqes: "Real Madrid" - 25.4 milyon dollar

9. Serxio Aquero: "Mançester Siti" - 25.3 milyon dollar

10. Luis Suares: "Barselona" - 19.9 milyon dollar



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail