"Qarabağ" Quzanlıda oynamaqdan imtina etdi

08.09.2011 | 4811 dəfə oxunub

Ağdamın "Qarabağ" klubu ev oyunlarını Quzanlıda keçirməkdən imtina edib. Stadium.az xəbər verir ki, “Qarabağ” klubu məcburiyyətdən Bakıya qayıtmalı olub.
Belə ki, komanda qarşıdakı ev oyunlarının bəzilərini Suraxanı qəsəbə stadionunda keçirəcək. Buna səbəb Quzanlı Olimpiya Kompleksinin stadionunun qazonunun bərbad vəziyyətdə olmasıdır.
“Qarabağ” klubu Premyer Liqa çərçivəsində hər iki ev oyununu Quzanlıda keçirsə də, həm meydan sahibləri, həm də rəqib komandanın üzvləri qazonun vəziyyətindən şikayətlənmişdilər. Bunu nəzərə alan Ağdam klubunun rəhbərliyi Quzanlı stadionunu təmirə bağlayıb. Hazırda qazonun yaxşı vəziyyətə gətirilməsi və stadionun imkanlarının yaxşılaşdırılması yöndə işlər həyata keçirilir.
Təmir müddəti ərzində “Qarabağ” ev oyunlarını bu stadionda keçirə bilməyəcək. Belə ki, Ağdam klubu əvvəlcədən PFL-ə yardımçı stadion kimi təqdim etdiyi Suraxanı qəsəbəsindəki təbii örtüklü meydançadan yararlanacaq.
Qurban Qurbanovun başçılıq etdiyi komanda hesabat turunda səfərdə “Sumqayıt Şəhər”in qonağı olacaq. Rəhbərlik 6-cı turda qonaq edəcəkləri “Xəzər Lənkəran”ı isə məsələdən hali edib. Qarşı tərəfindən razılığı alındığına görə, PFL bu oyunun Suraxanıda keçirilməsinə razılıq verib. “Qarabağ”ın “Turan”la görüşü də Suraxanıda keçirmək ehtimalı böyükdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail