Hafiz Məmmədov: "Şeferin getməsinə üzülürəm"

18.01.2011 | 4691 dəfə oxunub

«Bakı»nın prezidenti Hafiz Məmmədov baş məşqçi Vinfred Şeferin komandadan gedişi barədə saytımıza açıqlama verib: «Onun gedişi mənim üçün ağırdır. Gələndə çox sevinmişdik ki, Şefer komandamızın baş məşqçisi olacaq. Hamı ondan danışırdı. Komandanın mövcüd durumu, birinci dövrədəki nəticələr Şeferin günahı deyil. Mən yenə ilk vaxtlardakı fikrimdə qalıram. Almaniyalı böyük karyeraya malik, təcrübəli və peşəkardır. Şeferin sistemi Azərbaycan üçün deyildi. Menecment olsun, komanda olsun, futbolçular olsun - onlar Şeferin tətbiq etmək istədiyi sistemi həyata keçirə bilmədi. "Först-klass" deyilən bir sistem var ki, Şefrin sistemi ondan da üstündür. Bəlkə də bizimkilərin futbol biliyi o səviyyədə deyil ki, Şeferin tələblərinə cavab vermədi. Mən bunu komandamızın ayrı-ayrı futbolçuları ilə söhbətlərdə də dəqiqləşdirmişəm. Oyunçularımız hələ o elita deyilən səviyyəyə çatmayıblar ki, Şeferin sistemi ilə işləsinlər. Şeferdə də müəyyən prinsipiallıq var və mən onu bəyənirəm. Özü də gördü ki, irəli sürdüyü təkliflər burda alınmır. Mən də dəfələrlə ona dedim ki, getmə, qal bərabər işləməkdə davam edək. O isə bildirdi ki, qala bilmərəm, işlərim var. Biz onunla dost kimi ayrılırıq. Şeferə dedim ki, qapılarım həmişə üzünə açıqdır. Mənə elə gəlir ki, biz gələcəkdə "Bakı"nın inkişaf eləməsi üçün bir çox işləri birlikdə görəcəyik. İnfrastruktur, ya da uşaq futbolu sahəsində. Yenə deyirəm, bir çox məşqçilərlə işləmişəm, görüşüb, ayrılmışam, amma Şefer qədər heyfisləndiyim olmayıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail