Arif Əsədov: "Neftçi"də dəyişən bir şey yoxdur"

08.09.2011 | 6782 dəfə oxunub

"Keçən il olduğu kimi bu il də "Böyük oyun"un maraqlı keçəcəyini gözləmək olar. Bu cür matçlar altı xallıq oyunlardır. Komandaların hazırki  durumlarının pis və yaxud da yaxşı olmasına baxmayaraq, bu oyuna xüsusi hazırlaşırlar. Öz aralarındakı prinsipiallıq üçün oynayacaqlar. Düzdür, "Neftçi"dən fərqli olaraq "Xəzər Lənkəran" yalnız iki xal itirib. Psixoloji cəhətdən "Xəzər Lənkəran" üstündür". Stadium.az xəbər verir ki, bu sözləri ötən mövsüm "Neftçi"ni çalışdırmış Arif Əsədov deyib.

Ötən mövsüm "Neftçi"nin baş məşqçi postunda derbi həyəcanını yaşayan Əsədov Mirça Rednikin: "Razıyıq çempion olmayaq, amma "Neftçi"ni udaq"açıqlamasına da münasibət bildirdi: "Rednik bunu, yəqin ki, azarkeşlər üçün deyib. Baş məşqçi oyunun strategiyasını da fikirləşməlidir.

Onun da qarşısına məqsəd qoyulub. Bu məqsədə çatmaq üçün balansı saxlamaq lazımdır. Hər bir baş məşqçi çempion olmaq istəyər. Çünki tarixdə çempionluq qalır".

Gənc mütəxəssis "Neftçi"nin sərgilədiyi oyuna da münasibət bildirdi: "Bir neçə oyunlarına baxmışam. Dəyişən bir şey yoxdur. Ötən mövsümkü heyət, taktika və sxemlə davam edirlər. Amma hər bir məşqçinin öz oyun fəlsəfəsi var. Oyunçulardan nə tələb etdiyini, hansı tapşırıqlar verdiyini, təbii ki, mən deyə bilmərəm. Amma belə komandanın oyununda dəyişən bir şey yoxdur".

Futbolçu dönəmində müxtəlif illərdə "Xəzər Lənkəran" və "Neftçi"nin kapitan sarğısını daşımış Arif Əsədov "Böyük oyun"da baxımlı futbola azarkeşlik edəcəyini bildirdi: "Mən baxımlı futbola azarkeşlik edəcəm. Ancaq "Neftçi"yə simpatiyam var".


premyerliqa.az


  #1   Adınız: turkel;   E-mail: [email protected]

09.09.2011 06:35

deyisen odurki zeif futbolculari tez-tez saunaya aparir ve kvadrat oynayirlar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail