"Neftçi" antirekordunu təkrarladı

11.05.2015 | 3069 dəfə oxunub

“Neftçi”nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb. Stadium.Az xəbər verir ki, aprelin 5-də səfərdə Zaqatala “Simurq”unu 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə məğlub olub. Bakılılar “Xəzər Lənkəran” (2:2), “Qəbələ” (1:3), “Qarabağ” (2:3) və “Sumqayıt”ın (2:2) ardından “İnter”i də üstələyə bilməyib – 0:4.

5 oyunluq qələbəsizlik seriyası isə “Neftçi”nin 23 illik Azərbaycan çempionatları tarixindəki antirekordunun təkrarıdır. Bakılılar heç vaxt bundan uzun qələbə həsrəti yaşamayıb. Əvvəlki illərdə “ağ-qaralar” 5 dəfə 5 oyunluq seriyaya üzülüb. 1993, 2006/07 mövsümlərinin hərəsində 1 dəfə belə uğursuzluq yaşayan “Neftçi” 2009/10 mövsümünün sonu, 2010/11 mövsümünün əvvəlini əhatə edən dövrdə də ardıcıl 5 oyunda qələbə qazana bilməyib. Ötən mövsüm isə 2 belə seriya yaşanıb.

Qeyd edək ki, “Neftçi” tarixinin daha bir antirekordunu da “İnter”lə oyunda təkrarlayıb. 4 top fərqi ilə məğlubiyyət komandanın ölkə çempionatlarında ən ağır yenilgisidir. Bunadək yalnız 1 dəfə - 2007/08 mövsümünün “Bakı” ilə qarşılaşmasında (1:5) 4 top fərqi ilə uduzan “ağ-qaralar” təxminən 7 il yarımdan sonra eyni aqibəti yaşayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail