"Qəbələ": biri finalda, biri 2-ci oldu

11.05.2015 | 3459 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçirib. Stadium.Az xəbər verir ki, akademiyanın yetirmələri AFFA-nın təşkil etdiyi liqalarda qüvvələrini sınayıblar. U-19 “Neftçi” ilə ev oyununda 4:3 hesablı qələbə qazanıb. 28 oyunda 59 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. Növbəti turda “Qəbələ” səfərdə “Simurq”la qarşılaşacaq. U-16 komandası səfərdə “Rəvan”la qarşılaşmalı idi. Həmin matçda meydan sahiblərinə texniki məğlubiyyət verilib. Bu qələbədən sonra xal hesabını 66-ya çatdıran “Qəbələ” sona 1 tur qalmış liderliyini qoruyur. Komandamız son turda öz meydanında “Neftçi” PFK ilə görüşəcək.

Səfərdə “Simurq”a 2:0 hesabı ilə qalib gələn U-15 də çempionluq şansını qoruyur. 25 oyundan sonra 59 xalla 2-ci olan “qırmızı-qaralar” liderdən 2 xal geri qalır. Son turda komandamız “Sumqayıt”ı qəbul edəcək. U-14 yarımfinalda “Neftçi” PFK ilə üz-üzə gəlib. İlk oyunda 3:2 hesabı ilə qalib gələn “Qəbələ” səfərdə də qələbə qazanıb – 1:0. Bu qələbədən sonra komandamız finala yüksəlib. U-12 isə artıq final oyununu keçirib. “Bakı” ilə görüşən komandamız 0:2 hesabı ilə uduzub. Bununla da “qırmızı-qaralar” gümüş medallara yiyələnib. U-11 1/4 finalda “Neftçi” İK İB üzərində 5:1 hesabı ilə qalib gəlsə də, yarımfinalın “İnter”lə oyununda mübarizəni dayandırıb. “Qırmızı-qaralar” 3-cü yer uğrunda matçda “Xəzər Lənkəran”la üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail