AFFA Yunis Hüseynovu cəzalandırdı

12.05.2015 | 3320 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Qəbələ” klubunun 16 №-li futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXXIII turunun “İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter” klubunun 25 №-li futbolçusu Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 90-ci dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Topaz Premyer Liqasının XXXIII turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə,  klub 1000 manat cərimə olunur (maddə 82.2).                          

Topaz Premyer Liqasının XXXIII turunun “Bakı” – AZAL matçının 73-cü dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).                          

Oyunun 90+2-ci dəqiqəsində “Bakı” klubunun 45 №-li futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “Bakı” – AZAL matçının 27-ci dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Fariz Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).                          

I divizionun XXVII turunun “Turan Tovuz” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I divizionun XXVII turunun “Neftçala” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Şuşa Qarabağ” klubunun 13 №-li futbolçusu Qafar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).                          

I divizionun XXVII turunun “Kəpəz” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail