"Neftçi"dən növbəti tədbir

13.05.2015 | 3554 dəfə oxunub

"Neftçi" "Stadium Tour" layihəsi çərçivəsində ikinci tədbirini keçirib.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə layihənin qonaqları komandanın azarkeşləri olub. Azarkeşlərdən ibarət 22 nəfərlik heyət əvvəlcədən müəyyən olunmuş marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəziblər.

Onlara ilk olaraq arenanın media mərkəzi və mətbuat zalı göstərilib. Daha sonra qonaqlar stadionun “Neftçi” PFK-ya aid paltardəyişmə otağında olublar.  Bundan sonra “Stadium Tour” meydançada gəzinti ilə davam edib. Azrkeşlərə “Neftçi”nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi “Skybox”ları gəzən qonaqlara stadionun “catering” bölməsi göstərilib. Tədbirin sonunda azarkeşlər "Neftçi" PFK-nın futbolçuları Məqsəd İsayev və Rahil Məmmədovla görüşərək onlarla xatirə şəkilləri çəkdiriblər.

“Neftçi” PFK “Stadium Tour” layihəsini davam etdirir. Layihədə iştirak etmək istəyən azarkeşlər bununla bağlı istəklərini [email protected] ünvanına göndərə bilərlər. Müraciətdə ad, soyad və mobil nömrənizin qeyd olunması vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail