Şefer: «Komandanı tanımağım altı aya yaxın vaxt apardı»

18.01.2011 | 4053 dəfə oxunub

Dünən «Bakı»nın keçmiş baş məşqçi Vinfred Şefer klub prezidenti Hafiz Məmmədovla görüşdü. Təxminən bir saat sürən söhbətləşmədən sonra Şefer bu dəyişikliklə bağlı "Stadium.Az"a açıqlama verdi. Almaniyalı mütəxəssis bildirdi ki, Azərbaycandan gedişi bəzi obyektiv və subyektiv səbəblərlə bağlıdır: "Mən "Bakı"ya daha böyük iddia və məqsədlərlə gəlmişdim. Təəssüf ki, əməkdaşlığımız istədiyimiz kimi alınmadı. Hər halda keçən müddətdə daha böyük işlər görə bilərdik. Hər şey Avroliqadakı məlum olaylardan başladı. UEFA-nın Joel Epalleyə görə bizə verdiyi məğlubiyyətindən birinci mərhələdə mübarizəni dayandırdıq. Hər iki oyunda "Buduçnos"tu meydanda udsaq da, çıxışımızı dayandırdıq və bu, bizə psixoloji cəhətdən böyük təsir elədi. Komandanı götürəndə hələ çox şey mənim üçün qaranlıq idi. Futbolçuları yaxından tanımırdım, Azərbaycan çempionatının səviyyəsinə bələd deyildim. Çox ağır günlər keçirdik, çətin anlar yaşadıq. Vəziyyət elə gətirdi ki, komandanı tanımağım altı aya yaxın vaxt apardı. Mövsümün birinci dövrəsində komandanı nisbətən özünə gətirsəm də, stabil nəticələr qazana bilmədik. Amma bu gün "Bakı" bəlli bir məqsəd üzərində dayanıb. Getsəm də, indi də arzulayıram ki, komanda məndən sonra ilk "altılığ"a vəsiqə qazansın. Məncə bu məqsədə çatmaq şansı heç də az deyil. Açığı, "Bakı"nın "altılığ"a düşməsini ən çox prezidentə görə istəyirəm. Bir dost kimi burdan ayrılıram. Bir-birimizə hörmətimiz qalır. Buna heç bir şübhəniz qalmasın".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail