AFFA mükafat payladı

14.05.2015 | 3074 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-17 Liqa”nın 2014-2015-ci il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılma mərasimi keçirilib.

Stadium.Az xəbər verir ki, mükafatları AFFA-nın İcrayyə komitəsinin üzvü Vaqif Sadıqov, futbol veteranı Rüstəm Rəhimov, AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin rəisi Cavid Qarayev, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.

“Qəbələ” komandasının çempion olduğu, “Neftçi”nin ikinci, “Bakı”nın isə III yeri tutduğu 2014-2015-ci il mövsümündə “Bakcell U-17 Liqa”da 12 komanda, 314 oyunçu, 26 məşqçi qeydiyyatdan keçib. 2014-cü il sentyabrın 22-də start verilmiş mövsümə bu il  mayın 11-də yekun vurulub. 264 oyunda 473 qol qeydə alınıb.

Liqanın bombardiri 18 qolla “Qarabağ” komandasının hücumçusu Samir Mehdizadə olub. “Qəbələ” komandasının oyunçusu Hacıağa Hacıyev mövsümün ən yaxşı oyunçusu seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail