"Sumqayıt" turnirin qalibi oldu

15.05.2015 | 4082 dəfə oxunub

"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında keçirilmiş futbol turniri başa çatıb. Stadium.Az xəbər verir ki, dünən "Kapital Bank Arena"da yarışın son iki oyunu keçirilib. 3-cü yer uğrundakı qarşılaşmada Sumqayıt Texnologiyalar Parkının komandası Sumqayıt şəhəri 17-ci mikrorayon komandasını 3:0 hesabı ilə üstələyib.

Final görüşündə isə Sumqayıtın veteranlardan ibarət komandası Sumqayıt Şəhər Baş Polis İdarəsinin komandasına 7:4 hesabı ilə qalib gələrək çempion olub.

Daha sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev, Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov, klubun baş meneceri Ceyhun Sultanov, veteran futbolçu Telman Salahov və media nümayəndələri iştiak edib. Qaliblərə kubok, diplom, medal və müxtəlif hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

12 komandanın iştirak etdiyi turnirə aprelin 30-da start verilmişdi. Yarışda ümumilikdə 150-ə yaxın həvəskar futbolçu iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail